BMT-nin Baş katibi sabah "Rəfah" keçid məntəqəsinə gedəcək

BMT-nin Baş katibi sabah "Rəfah" keçid məntəqəsinə gedəcək
DÜNYA
18:23 19.10.2023
163
BMT-nin Baş katibi Antonio Quterreş sabah, oktyabrın 20-də Misirlə Qəzza arasında yerləşən "Rəfah" keçid məntəqəsinə gedəcək.

Bu barədə Misirin "Əl Hədah” telekanalı məlumat yayıb.

O, bölgədəki durumla tanış olacaq.

Qeyd edək ki, Misirin Prezidenti Abdülfəttah Əl-Sisi "Rəfah” sərhəd-buraxılış məntəqəsinin Qəzza zolağına humanitar yük daşıyan 20 avtomobil üçün açılmasına razılaşıb.
OXŞAR XƏBƏRLƏR