BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb

BMT-nin baş katibi Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb
DÜNYA
23:55 09.05.2022
431
Moldovaya səfərə gələn BMT-nin baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dayandırmağa və beynəlxalq hüquqa uyğun olaraq dialoqa başlamağa çağırıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə A.Quterreş Kişinyovda Moldovanın Baş naziri Nataliya Qavrilitsa ilə birgə mətbuat konfransında deyib.

"Qarşılıqlı hörmətə əsaslanan dialoq və əməkdaşlıq Avropada və bütün dünyada təhlükəsizliyin əsasını təşkil edir. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq razılaşmaların müzakirəsi üçün dialoq lazımdır. Mən regional tərəfdaşları sabitlik naminə bu prosesi dəstəkləməyə çağırıram", - deyə baş katib qeyd edib.

Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi və onların "bütün dünya üçün nəticələri çox böyükdür, sosial-iqtisadi vəziyyətə təsiri Moldovada artıq hiss olunur". A.Quterreş Moldovaya ukraynalı qaçqınların axını ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə kömək etməyə hazır olduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR