BMT-nin baş katibindən Paşinyana Qarabağ mesajı

BMT-nin baş katibindən Paşinyana Qarabağ mesajı
SİYASƏT
19:15 12.05.2018
8651
"Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq". 

Bu sözləri BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Baş katib Ermənistanın yeni baş naziri Nikol Paşinyana məktub göndərib. Antoniu Quterreş bildirib ki, BMT ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün göstərdiyi səyləri dəstəkləyir:

"Ümid edirəm ki, münaqişənin sülh yolu ilə həlli prosesi üçün həssas olan bu dönəmdə həll səyləri daha da artacaq və uzunmüddətli sülhün bərqərar olmasına, Cənubi Qafqazın bütün ölkələrinin çiçəklənməsinə gətirib çıxaracaq".
 
///Qaynarinfo 
OXŞAR XƏBƏRLƏR