BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb

DÜNYA
22:31 23.09.2021
678
BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Debora Layons Qazaxıstandan Kabilə qayıdıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

"O, Kabilə qayıtdı", - Dujarrik Layonsun Qazaxıstan ərazisində olması barədə suala cavabında deyib.

"Layons avqustun son günlərinə qədər - ən mürəkkəb dövrlərdən birində Kabildə idi. Sonra onun ailə problemi ortaya çıxdı və Qazaxıstana getdi", - Dujarrik deyib.

BMT rəsmisi qeyd edib ki, bu dövrdə Kabildə onun iki müavini qalıb.

OXŞAR XƏBƏRLƏR