BMT-nin Məskunlaşma Proqramı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

BMT-nin Məskunlaşma Proqramı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub
SOSİAL
22:03 04.11.2025
119
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin "X"-dəki paylaşımında bildirib.

Görüş zamanı Azərbaycanın "Hər kəs üçün Münasib Mənzil" üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilməsinin yaratdığı yeni əməkdaşlıq imkanları müzakirə edilib və 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyəti vurğulanıb.

Qeyd olunub ki, "UN-Habitat" ilə birgə münasib mənzil, iqlimədavamlı şəhərlər və inklüziv şəhər inkişafı sahələrində qlobal dialoqun gücləndirilməsi istiqamətində səylər davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR