BMT-nin Suriya ilə bağlı hesabatı hazırdır

DÜNYA
10:00 14.09.2013
948
BMT müşahidəçiləri Suriyada kimyəvi silahlardan istifadə edilib edilmədiyini müəyyən etmək üçün işlədiyi hesabatı hazırlayıblar. Bu barədə açıqlamanı "AP" xəbər agentliyinə heyətin rəhbəri Ake Sellstrom verib. Onun sözlərinə görə, hesabat həftəsonu BMT-nin baş katibi Ban Ki Muna təhvil veriləcək. Ancaq hesabatın nə zaman açıqlanacağı bəlli deyil.BÇT baş katibi isə Suriyada 21 avqustda kimyəvi silahdan istifadəni araşdıran heyətin hesabatının müsbət yöndə olacağını düşündüyünü demişdi. Ban Ki Mun Qadınlar Forumunda çıxışında hesabatla bağlı fikirlərini qeyd edib.

OXŞAR XƏBƏRLƏR