Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Cənubi Asiyada yarım milyona yaxın uşağın həddindən artıq istilərə məruz qaldığını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, UNICEF-in bu gün yaydığı açıqlamada Əfqanıstan, Hindistan və Pakistan da daxil olmaqla ölkələrdə təxminən 460 milyon uşağın yüksək temperatura məruz qaldığı açıqlanıb. Cənubi Asiyada uşaqların 76 faizinin həddindən artıq istilərlə mübarizə apardığı halda, bu nisbətin dünya üzrə 32 faiz olduğu diqqətə çatdırılıb.
UNICEF-in Cənubi Asiya üzrə regional direktoru Sanjay Wijesekera açıqlamasında bildirilib ki, isti hava uşaqlarda huşunu itirmə, ürək-damar xəstəliklərinə, həmçinin nevroloji funksiyaların pozulmasına səbəb ola bilər.
Şəbnəm