BMT: Qəzzada 50 min hamilə və süd verən qadın günlərdir yemək yemir

BMT: Qəzzada 50 min hamilə və süd verən qadın günlərdir yemək yemir
DÜNYA
13:05 09.07.2025
241
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) İsrailin yardımları əngəllədiyi və hücumları ilə humanitar fəlakətə səbəb olduğu Qəzzada 50 min hamilə və süd verən qadının günlərdir yemək yeyə bilmədiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Ofisindən verilən açıqlamada Qəzza zolağında hamilə qadınların, anaların və körpələrin çətin şəraitdə mübarizə apardığı bildirilib.

Açıqlamada, "Qəzzada 50 min hamilə və əmizdirən qadın günlərdir yemək yemir. Körpələr çox erkən və çox kiçik doğulur" ifadələri işlədilib.

İsrailin humanitar yardımı məhdudlaşdırdığı Qəzzada süd verən anaların ağır qida çatışmazlığına diqqət çəkilərək, körpə süni qidalarının da tükəndiyi vurğulanıb.

Qeyd edək ki, mart ayından Qəzzanın sərhəd keçidlərini bağlayaraq humanitar yardımların ölkəyə girişini əngəlləyən İsrail, hücumları ilə bölgədə humanitar fəlakətə səbəb olur.

Gülay
OXŞAR XƏBƏRLƏR