Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktor müavini Karl Skau Qəzzaya humanitar yardım əməliyyatlarının iflasa uğramaq ərəfəsində olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) icraçı direktorunun müavini Karl Skau Qəzzaya səfərindən sonra BMT-nin Nyu Yorkdakı binasında mətbuata açıqlama verib.
Qəzzada vəziyyətin getdikcə pisləşdiyini və xaotik olduğunu bildirən Skau qida təhlükəsizliyi ilə bağlı hər 10 nəfərdən 9-nun növbəti yeməyinin haradan gələcəyini bilmədiyini söyləyib.
Skau insanların gözündə qorxu gördüyünü və daha çox yardımın nə vaxt gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən asayişin pozulduğunu ifadə edib.
Ayşən