BMT Qəzzaya yardımla bağlı bəyanat yaydı

BMT Qəzzaya yardımla bağlı bəyanat yaydı
DÜNYA
11:11 24.10.2023
130
Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 21-dən bəri Rəfah Sərhəd Qapısından Qəzzaya daxil olan humanitar yardım daşıyan yük maşınlarının sayının 54-ə çatdığını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qəzzaya hələ də heç bir yanacaq yardımı edilmədiyinə diqqət çəkən Dujarrik deyib: 

"BMT-nin fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatındakı (UNRWA) həmkarlarının yanacaq tankerinin dibini görürük xəbərdarlığını etdiklərini və yanacağa sayılı günlər qalıb”.

Oktyabrın 7-dən etibarən Qəzzaya elektrik verilmədiyini xatırladan Dujarrik xəstəxanaların çox çətin vəziyyətdə olduğunu, 700 xəstə tutumlu Şifa Xəstəxanasında təxminən 5 min xəstənin müalicə aldığını qeyd edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR