BMT-nin Filistinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzənin 82 faizindən çoxunun məcburi köçürülmə əmri altında olduğunu açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu dünən, məcburi köçürülmüşlərin sığınacağı kimi istifadə edilən bir məktəbi hədəf alıb və orada ciddi ziyan baş verib, yaralanan yoxdur.
UNRWA insani yardım obyektlərinin hədəf alınmaması və Qəzzədə atəşkəs tətbiq olunması çağırışı edib.
İsrail ordusu 18 martdan bəri Qəzzəyə hücumlarını davam etdirir. 7 oktyabrdan bəri ən az 56 min 531 Filistinli həyatını itirib, 133 minə yaxın şəxs yaralanıb.
Qeyd edək ki, Baş nazir Binyamin Netanyahu Qəzzənin tam işğal ediləcəyini bildirib.
Oksana