BMT rəhbəri "Taliban"ı verdiyi vədlərə əməl etməyə çağırıb

BMT rəhbəri "Taliban"ı verdiyi vədlərə əməl etməyə çağırıb
DÜNYA
21:52 11.10.2021
330
"Taliban”ın əfqan qadınların və uşaqların hüquqlarını qorumaq vədlərini yerinə yetirməməsindən dərin narahatlığımı ifadə edirəm. "Taliban”ı beynəlxalq insan hüquqları və humanitar qanunlar üzərindəki öhdəliklərini yerinə yetirməyə, qadın və qızlara verdiyi sözlərə əməl etməyə çağırıram”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri BMT baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil qərargahında jurnalistlərə açıqlamasın deyib. Əfqanıstanda humanitar böhranın artdığını qeyd edən baş katib əhalinin yarısının, təxminən 18 milyon insanın bundan təsirləndiyini bildirib: "Taliban” ölkəni nəzarətə götürdükdən sonra ölkənin qaynaqlarını dondurub və inkişaf yardımları dayandırılıb. Əfqanıstanda iqtisadiyyat çökmə həddinə çatıb, iqtisadiyyata yenidən nəfəs almaq üçün yollar axtarmalıyıq”.

Əfqanıstan iqtisadiyyatının 80 faizinin qeyri-rəsmi olduğunu vurğulayan A.Quterreş bildibi ki, qadınlar olmadan Əfqanıstan iqtisadiyyatını və cəmiyyətini bərpa etmək mümkün deyil: "İqtisadi çöküşün qarşısını almaq üçün iqtisadiyyata likvidlik təmin edilməlidir və bunu beynəlxalq qanunları pozmadan və ya güzəştə getmədən edilə biləcəyini vurğulayıram. Biz Əfqanıstana kömək etməsək, bunun bədəlini bütün dünya ödəyəcək. Əfqanlara kömək etmək üçün dərhal hərəkətə keçməsək, yalnız onlar deyil, bütün dünya ağır bir bədəl ödəyəcək. Qida təminatı, iş yerləri və insan hüquqları olmadan heç bir əfqan o ölkədə yaşamağı seçməyəcək. Əfqanların daha yaxşı həyat üçün ölkədən qaçdığını görürük. Göstəricilər onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkədə cinayətlər və terrorçuluq şəbəkələri də artacaq. Bu isə təkcə Əfqanıstana deyil, bölgəyə və dünyanın qalan hissəsinə mənfi təsir göstərəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib