AZXEBER.COM “AzərTAc”a istinadən bildirir ki, təbrik edənlər sırasında BMT-nin Cenevrə ofisinin mədəniyyət məsələləri komitəsinin sədri David Çikvaidze və BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri Kasım-Comart Tokayevin adı gəlir.David Çikvaidze öz məktubunda yazır: “Böyük atanız və müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasi irsinə əsaslanan Sizin müdrik, balanslaşdırılmış və prinsipial rəhbərliyiniz altında sabitlik və tərəqqi yolu ilə irəliləyən ölkəniz regional güc mərkəzinə, siyasi, iqtisadi, təhlükəsizlik və enerji sahələrində əsas oyunçuya çevrilib”.Kasım-Comart Tokayev isə bildirir: “Əminəm ki, Sizin yeni prezidentlik dövrünüz Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın sülhün, inkişafın və insan hüquqlarının daha etibarlı qorunması məsələlərində qlobal rolunun güclənməsi üçün imkan yaradacaq”.