BMT rəsmisi: “Quterreş fevralın 24-dən sonra Rusiya prezidenti ilə əlaqə saxlamağa çalışıb”

BMT rəsmisi: “Quterreş fevralın 24-dən sonra Rusiya prezidenti ilə əlaqə saxlamağa çalışıb”
DÜNYA
21:57 18.04.2022
694
BMT-nin baş katibi Antonio Quterreş Rusiya Ukraynada hərbi əməliyyatlar başladıqdan bir neçə həftə sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O, Quterreşin bu cür cəhdlər edib-etmədiyi barədə suala lakonik cavab verib: "Bəli”. Dujarrik əlavə məlumat verməyib.

"Qalanları aydın olmalıdır”, - Düjarrik bildirib.
OXŞAR XƏBƏRLƏR