BMT şiddətli döyüşlərin getdiyi Soledara humanitar yardım göndərib

BMT şiddətli döyüşlərin getdiyi Soledara humanitar yardım göndərib
DÜNYA
18:58 20.01.2023
290
BMT şiddətli döyüşlərin getdiyi Ukraynanın Soledar qəsəbəsinə humanitar yardım göndərib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Jens Larke bildirib.

Açıqlamada qeyd olunub ki, BMT müharibə başlayandan ilk dəfə Soledara humanitar yük göndərib. Üç maşınlıq humanitar yükdə 800 mülki şəxs üçün nəzərdə tutulan ərzaq və təcili yardım ləvazimatları var.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi qəsəbənin ələ keçirildiyini bildirmişdi. Rəsmi Kiyev isə hələlik bu iddiaları təkzib edir.
OXŞAR XƏBƏRLƏR