BMT: “Sudanda evlərini tərk edənlərin sayı 700 000-i keçib”

BMT: “Sudanda evlərini tərk edənlərin sayı 700 000-i keçib”
DÜNYA
18:52 10.05.2023
162
Sudanda silahlı qarşıdurma nəticəsində evlərini tərk edənlərin sayı 700 000-i keçib.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Məlumata görə, son bir həftədə yaşayış yerlərindən didərgin düşənlərin sayı 600 000 nəfər artıb. Onlar məktəblərdə, inzibati binalarda yerləşdirilib.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Nəticədə 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb.
OXŞAR XƏBƏRLƏR