BMT Suriya qərarını açıqladı

BMT Suriya qərarını açıqladı
DÜNYA
18:30 06.09.2013
1163
"Hər gün mülki şəxsləri itiririk. Tərəflərə daha çox silah vermək məsələnin həlli deyil". 
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu BMT baş katibi Ban Ki Mun deyib. Baş katib Suriyada hərbi müdaxilənin əleyhinə olduğunu deyib və tərəflərə silah verilməsini tənqid edib.Sankt Peterburqda "Böyük iyirmilik" ölkələrinin sammitində çıxış edən qurum rəsmisi böhranın həlli üçün Cenevrə 2 konfransının toplanmasını istəyib.Onun sözlərinə görə, Suriyada baş verənlər nəticəsində 100 mindən çox insan ölüb, 4,25 mln insan ölkə daxilində, 2 milyon isə ölkədən xaricdə qaçqın vəziyyətinə düşüb.Baş katib BMT-nin Suriyada humanitar yardım çalışanlarını bu ölkədən çıxarmağı planlaşdırmadıqlarını deyib. O, bölgədəki riskli vəziyyətə baxmayaraq işçilərin Suriyada qalacağını qeyd edib.
OXŞAR XƏBƏRLƏR