BMT-nin baş katibi Antonio Quterreş Qəzzada tərəfləri tam humanitar atəşkəsə çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada humanitar fasilə ilə nəticələnən dialoqun davam etdirilməsi və tam humanitar atəşkəsə çevrilməsi lazım olduğunu bildirib.
Məsələ ilə bağlı BMT sözçüsü açıqlama verib.
Qəzzada 7 həftədir davam edən qarşıdurma və dəhşətli insan itkisinin dünyanı şoka saldığını vurğulayan Quterreş deyib:
"Son dörd gündə silahlar susdu. Biz İsrailli və xarici girovların Həmas tərəfindən azad edildiyini və İsrail həbsxanalarından fələstinli əsirlərin azad edildiyini gördük”.
Qətər, Misir və ABŞ-a barışığa verdikləri töhfəyə görə təşəkkürünü bildirən Quterreş BMT-nin bu kontekstdə bütün dəstəyini davam etdirəcəyini deyib.
Gülay