BMT: Ukraynada 10 min dinc sakin öldürülüb

BMT: Ukraynada 10 min dinc sakin öldürülüb
DÜNYA
09:00 22.11.2023
147
BMT Təhlükəsizlik Şurasında keçirilən sessiyada BMT-nin Siyasi Məsələlər Bölməsinin baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença üzv ölkələrə məlumat verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana 10 min dinc sakinin həlak olduğunu, 18 min 500 nəfərin isə yaralandığını açıqlayıb.

"Rusiyanın Ukraynaya təcavüzü BMT Nizamnaməsini və beynəlxalq hüququ pozur”,- deyən Yença qurbanlar arasında yüzlərlə uşağın olduğuna da diqqət çəkib. 

Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində beynəlxalq hüququn pozulmasından BMT-nin də narahat olduğunu bildirən Yença bölgədəki Rusiya rəsmilərinin seçkilər keçirdiklərini, Rusiya hakimlərini təyin etdiklərini və Rusiya qanunlarını tətbiq etməyə başladığını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR