BMT Ukraynanın bu ərazisi haqda qətnamə qəbul etdi

BMT Ukraynanın bu ərazisi haqda qətnamə qəbul etdi
DÜNYA
14:15 12.07.2024
171
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın nəzarəti altında olan Zaporojya Atom Elektrik Stansiyasıyla bağlı qətnamə qəbul edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Baş Assambleyada səsə qoyulan qanun layihəsi lehinə 99, əleyhinə isə 9 səslə qəbul edilib.

Qətnamənin əleyhinə səs verən ölkələr Rusiya, Belarus, Kuba, Eritreya, Mali, Nikaraqua, Suriya, Burundi və Şimali Koreya olub.
 
Çin, Hindistan və Cənubi Afrika daxil olmaqla 60 ölkə qərara bitərəf qalıb.

Rusiyanın Ukraynaya qarşı hücumlarına dərhal son qoyması və bütün əsgərlərini geri çəkməsi tələbinin təkrarlandığı qətnamədə BMT-nin Ukraynanın "suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü”nə sadiqliyi bir daha təsdiqlənib.
 
Qeyd edək ki, 6 nüvə reaktoru olan Zaporojya Atom Elektrik Stansiyası Ukraynanın cənub-şərqində, Rusiyanın nəzarətində olan bölgədə, cəbhə xəttinə yaxın ərazidə yerləşir və daim çarpaz atəş altındadır.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR