BMT nümayəndələrinin gələn həftə Cenevrədə Rusiya nümayəndə heyəti ilə danışıqlar aparacağı gözlənilir.
"Report"un məlumatına görə, bu barədə TASS-a dünya təşkilatındakı diplomatik mənbə məlumat verib.
Agentliyin həmsöhbəti danışıqların gündəliyini dəqiqləşdirməyib, lakin bu, martın 18-də başa çatacaq taxıl müqaviləsinin uzadılması ola bilər.