BMT: Yəməndə leysan yağışları 46500-dən çox insana ziyan vurub

BMT: Yəməndə leysan yağışları 46500-dən çox insana ziyan vurub
DÜNYA
15:59 28.08.2025
315
Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bəyan edib ki, Yəməndə avqustun əvvəlindən yağan leysan yağışlar və güclü tufanların nə qədər insana təsir etdiyi haqda açıqlama yayıb.  46 min 500-dən çox insana təsir edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BMqT Yəməndəki hazırkı hava şəraitinin təsiri ilə bağlı verdiyi açıqlamada, "Güclü yağışlar və güclü tufanlar evləri dağıdıb, dolanışıq vasitələrini məhv edib və onsuz da təhlükəli şəraitdə yaşayan minlərlə ailəni köçkün vəziyyətinə salıb. 46 500-dən çox insan zərər çəkib" deyib.

 BMT-nin Yəmən missiyasının rəhbəri Abdusattor Esoev vurğulayıb ki, ölkədəki daşqınlar kasıb ailələr üçün daha bir sarsıdıcı zərbədir:

"İnsanlar növbəti dəfə evsiz, əşyasız və təhlükəsizlik hissi olmadan qalıblar. Onların müdafiəyə, yardıma və hər şeydən əvvəl onlarla birlikdə dayanmaq üçün beynəlxalq ictimaiyyətə ehtiyacı var".
 
Gülay
OXŞAR XƏBƏRLƏR