"BMW" və “Honda” markalı avtomobillər toqquşdu - Ölən var

"BMW" və “Honda” markalı avtomobillər toqquşdu - Ölən var
SOSİAL
22:25 25.12.2022
263
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN - in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, bugün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və "Honda” markalı avtomobillər toqquşub.

Nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR