“BMW” yol ayırıcına çırpıldı - Ölən və xəsarət alan var

“BMW” yol ayırıcına çırpıldı - Ölən və xəsarət alan var
SOSİAL
21:24 10.07.2019
9085
Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 9-da saat 12 radələrində Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində Ağdam rayon sakini Z.Əmirov idarə etdiyi "BMW” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sərnişinləri, həmyerlisi Ramin Mehralıyev və Mingəçevir şəhər sakini Ə.Quliyev xəstəxanaya yerləşdirilib, R.Mehralıyev orada ölüb.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR