BNA-dan "Qarabağ"-"Viktoriya"nın oyunu ilə əlaqədar azarkeşlərə - Müraciət

BNA-dan "Qarabağ"-"Viktoriya"nın oyunu ilə əlaqədar azarkeşlərə - Müraciət
İDMAN
11:21 17.08.2022
227
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) futbol klublarının ilk oyununa bilet alan azarkeşlərə müraciət ünvanlayıb.

AZXEBER.COM-a qurumdan bildirilib ki, BNA azarkeşlərə tövsiyə edir ki, stadiona gedərkən şəxsi avtomobildən istifadə etməsinlər.

Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb.

Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik:
OXŞAR XƏBƏRLƏR