BNA-nın şəhərin mərkəzindəki qeyri-adi dayanacağı - Heç kim otura bilmir... - FOTO

BNA-nın şəhərin mərkəzindəki qeyri-adi dayanacağı - Heç kim otura bilmir... - FOTO
SOSİAL
11:05 03.05.2023
594
Avtobus dayanacağındakı skamyanın vəziyyəti sərnişinlər tərəfindən narazılığa səbəb olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə görüntünü jurnalist Adəm Abbaslı sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımında ""Bulvar"ın kənarında, "Sahil metrostansiyası" adlanan dayanacağın skamyası kimi fəaliyyət göstərir. Güya... N qədər adamlar olur, amma heç kim qorxusundan oturmur. Aylardır belədir. Görəsən, şəhərimizə gələn turistlərin təəssüratları necə olub bu "qəddi bükülmüş" oturacaq haqqında???”, - deyə qeyd edib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, əraziyə yerləşdirilən skamya sonradan sındırılıb:

"Vəziyyətdən xəbərdarıq, indi gördük, tədbir görüləcək. Skamya o cür qoyulmamışdı, sonradan vətəndaşlar tərəfindən sındırılıb”.
 
Ayşən

 

 


OXŞAR XƏBƏRLƏR