BNA rəsmisindən kartların dəyişdirilməsinə - Münasibət

BNA rəsmisindən kartların dəyişdirilməsinə - Münasibət
SOSİAL
14:04 08.02.2018
1069
"Hər hansı bir yenilik nəzərdə tutulmayıb"

Bakı Nəqliyyat Agentliyi (BNA) rəsmisi Mais Ağayev KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
 
O, AZXEBER.COM-a açıqlamasında bildirib ki," Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş "BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb. Bunu nəzərə alaraq bildiririk ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur." 

O, KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edib.
 
Qeyd edək ki, bu gün KİV-də Bir neçə aya Bakının ictimai nəqliyyatında sərnişinlərə yeni ödəniş üsulu təqdim olunacağı haqda xəbər yayılmışdı
OXŞAR XƏBƏRLƏR