BNA: "Sədərək"dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu

BNA: "Sədərək"dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu
SOSİAL
10:10 18.02.2020
1917
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın bəzi marşrutların hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb:

"Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılmış və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılmışdır".
OXŞAR XƏBƏRLƏR