“Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur” - Rəşad Məcid

“Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur” - Rəşad Məcid
SOSİAL
14:39 19.02.2019
3662
Son zamanlar Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinə qarşı gördüyü inzibati tədbirlər sosial şəbəkələrdə tez-tez müzakirə olunur. Sosial şəbəkələrdə ən çox tənqid olunan qurum məhz - Bakı Nəqliyyat Agentliyidir. 

AZXEBER.COM xəbər verir ki, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də bu mövzuya toxunaraq sosial şəbəkə hesabında qurumun sürücülərə qan uddurduğunu yazıb:

"BNA sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir. Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur".
OXŞAR XƏBƏRLƏR