ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının Birləşmiş Ştatların nəzarətində olduğunu bildirib. AZXEBER.COM xəbər verir ki, o bu fikirləri "Fox News”a verdiyi müsahibədə səsləndirib.
"Hazırda dəniz blokadası tətbiq olunur və boğazdan yalnız bizim keçməsinə icazə verdiyimiz gəmilər keçir. Boğaza İran deyil, biz nəzarət edirik”, – deyə Amerika lideri bəyan edib.