Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib

Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib
DÜNYA
20:44 31.10.2026
136
Bəhreyn Krallığının paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, "Tramp marşrutu" (TRIPP), Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

AZXEBER.COM xəbər verir ki, bu, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi arasında baş tutan görüşdə müzakirə edilib.

"Regional bağlantı, "Tramp marşrutu" (TRIPP), Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq", - Mirzoyan "X" hesabında yazıb.

Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR