Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib

Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
DÜNYA
19:23 31.10.2026
155
ABŞ Prezidenti Donald Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahının yaxınlığında iki ədəd "Avenger” zenit-raket kompleksi yerləşdirilib. Raket sistemləri ABŞ Məxfi Xidmətinin artan təhlükə səviyyəsi ilə bağlı xəbərdarlığından sonra dislokasiya edilib.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"ABŞ Məxfi Xidməti yüksək təhlükə şəraitində fəaliyyət göstərir və mühafizəmiz altında olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün ən müasir vasitələri, texnologiyaları və metodları tətbiq etməklə mühafizə tədbirlərimizi daim uyğunlaşdırır”, - Məxfi Xidmətin nümayəndəsi bildirib.

ABŞ Məxfi Xidmətinin tələbi ilə Tramp Mar-a-Laqoda olduğu müddətdə iqamətgahın üzərindəki hava məkanı bağlanır. Qurum həmçinin təhdidlərlə bağlı əlverişsiz kəşfiyyat məlumatları və terror təhdidləri səbəbindən ərazi üzərində uçuşların daimi qadağan edilməsinə çalışır.

İlin əvvəlində Məxfi Xidmət mühafizəsi altında olan şəxslərə qarşı təhdidlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artdığını açıqlayıb.

"Hazırkı təhlükə mühiti gərgin, real və dəyişkəndir. Mar-a-Laqo üçün hava hücumu təhlükəsi daimi və əhəmiyyətlidir. Bu iqamətgah prezidentin əsas yaşayış yerlərindən biri olduğuna və o, dövlət başçısı kimi vəzifələrini tez-tez buradan yerinə yetirdiyinə görə, prezidentin konkret vaxtda orada olub-olmamasından asılı olmayaraq, təhlükə mümkün qədər minimuma endirilməlidir”, - qurumun direktor müavini Metyu Kuinn qeyd edib.

Təhlükə səviyyəsinin yüksəlməsinin əsas səbəblərindən biri kimi ABŞ-İran qarşıdurması göstərilir. Bununla yanaşı, nəşr xatırladıb ki, son illərdə Tramp ABŞ vətəndaşları tərəfindən törədilmiş bir neçə sui-qəsd cəhdindən salamat çıxıb.

Məlumata görə, Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri Vest-Palm-Biç ərazisində müvəqqəti uçuş məhdudiyyətlərini pozan onlarla təyyarənin qarşısı alınıb. Əksəriyyəti məhdudiyyətlərdən xəbərsiz olan pilotların idarə etdiyi kiçik, tək mühərrikli təyyarələr olub.

Donald Tramp həftənin əvvəlində Ayova və Kanzas ştatlarında keçirilməsi planlaşdırılan seçkiqabağı tədbirlərini ləğv edərək, onları onlayn çıxışlarla əvəz edib. Vitse-prezident Ceyms Devid Vens də Minnesotada keçirilməsi nəzərdə tutulan mətbuat konfransından gözlənilmədən imtina edib.

ABŞ Məxfi Xidməti bu qərarların artan təhlükə səviyyəsi ilə əlaqəli olub-olmadığı barədə açıqlama verməyib. Ağ Ev də məsələ ilə bağlı şərh təqdim etməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
20:21 31.10.2026
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
20:13 31.10.2026
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
20:03 31.10.2026
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
19:53 31.10.2026
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
19:42 31.10.2026
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
19:39 31.10.2026
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
19:28 31.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
19:23 31.10.2026
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
19:16 31.10.2026
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
19:11 31.10.2026
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İran yeni silahlar sınaqdan keçirib
19:00 31.10.2026
İran yeni silahlar sınaqdan keçirib
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
18:53 31.10.2026
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:46 31.10.2026
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
18:39 31.10.2026
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
18:34 31.10.2026
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
18:26 31.10.2026
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır