Boğazına ip keçirib pulunu və silahlarını apardılar - Bakıda evə basqın

Boğazına ip keçirib pulunu və silahlarını apardılar - Bakıda evə basqın
SOSİAL
16:53 29.12.2016
3494

Bakıda quldurlar ev sahibinin boğazına ip keçirərək onun pul və silahlarını aparıb.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Dədə Qorqud qəsəbəsində yeni tikilidə yaşayan 1945-ci il təvəllüdlü Həsənov Hafiz Baladadaş oğlu iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Belə ki, iki nəfər evin pəncərəsindən içəri daxil olaraq H.Həsənovun başına yorğan atıb, boğazına ip keçirərək hədə-qorxu gəliblər. Naməlum şəxslər çarpayının altındakı 1 400 manat pulu, müvafiq sənədləri olan "Toz-12" və "Toz-16" markalı ov tüfəngini götürüblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


///"Report
OXŞAR XƏBƏRLƏR