Keçmiş dünya çempionu odlu silahdan aldığı yaralara tab gətirməyərək dünyasını dəyişib. Müxtəlif çəkidə dünya çempionu olmuş 50 yaşlı boksçu, puerto-rikolu Ektor Kamaço xəstəxanada dünyasını dəyişib. Həkimlər komada olan idmançını süni nəfəs apparatından ayırmalı olublar.Qeyd edək ki, noyabrın 20-də axşam saatlarında Baymonedə (Puerto-Riko) başqa bir maşın idmançının maşının qabağını kəsib. E. Kamaçonun sürücüsü yolu açmağı demək məqsədilə avtomobildən düşüb, lakin onu yerindəcə güllələyiblər. Silahlı şəxslər daha sonra idmaçıya atəş açıblar. Kamaço boyun və üzündən ağır yaralanıb.