Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.
Məşqçilər heyəti Debretsendə Tural Sarıyev (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (65 kq), Mehdi Həsənov (70 kq), Fəqan Məmmədov (80 kq) və Sürət Qarayevə (90 kq) şans verəcək.
Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.