Boksçumuz rəqibini bir raunda məğlub etdi

İDMAN
10:11 20.12.2014
1369

Görüş bir raund davam edib.

Dünən AİBA Pro Boxing (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (+91 kq) növbəti dəfə rinqə çıxıb.

2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məcidov misirli Əhməd Samirlə üz-üzə gəlib.

Görüş bir raund davam edib. Rəqibini nokautla məğlub edən Məcidov APB turnirində ikinci qələbəsini qazanıb.

Xatırladaq ki, Məcidov noyabrda APB-də debüt etmiş və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələmişdi.//oxu.az

OXŞAR XƏBƏRLƏR