“Bolgexeber”in 2 yaşı tamam oldu

“Bolgexeber”in 2 yaşı tamam oldu
MEDIA
12:07 07.06.2012
3064

Vasif Turan: «Saytımızın ayaq üstə durmasında oxucularımıza dərindən təşəkkür edirik» Azərbaycanda fəaliyyət göstərən tanınmış saytlardan biri olan Bolgexeber.com Xəbər Portalının bu gün iki yaşı tamam olur. Bu illər ərzində oxuculara obeyktiv və qərəzsiz informasiyaların çatdırılmasında bir çox işlər görməyi bacaran Xəbər Portalı informasiya bazarında özünəməxsus yerini tuta bilib. Portalın rəhbəri Vasif Turan tia.az-a açıqlamasında deyib ki, bu iki il ərzində çox əziyyətlər çəkiblər. O qeyd edir ki, Bolgexeber.com-un araya-ərsəyə gəlməsi ilə yanaşı, onu yaşatmaq da çətin olub. «Bu gün informasiya sahəsində xeyli sayda portallar fəaliyyət göstərir. Onlarla rəqabət aparmaq, operativ məlumatların oxuculara çatdırılması və xüsusi ilə dəqiq məlumatın verilməsi ciddiyyət tələb edir. Bu rəqabətli mühitdə ilk informasiyanın sənin tərəfindən verilməsi də mühüm addımdır. Ona görə də, bu iki il ərzində maksimum çalışmışıq ki, hər şey istədiyimiz şəkildə olsun». Vasif Turan daha sonra bildirdi ki, rəhbərlik etdiyi Xəbər Portalı bu iki il ərzində xeyli təhdidlər, hədələr də görüb. «İş olan yerdə təbii ki, narazı qalanlar da olacaq. Ələlxüsus, informasiya sahəsində çalışırsansa, deməli, hədələrə, təhdidlərə, hətta təhqirlərə dözməlisən. Azərbaycanda elə bir mühit formalaşıb ki, bəziləri hələ də öz nöqsanlarını görmək istəmirlər. Həmin nöqsanlardan da yazanda buna kəskin reaksiya verirlər. O səbəbdən bizə edilən təhdidlər və hədələr çox olub. Amma belə vəziyyətlər bizi işimizdən soyutmayıb, çəkindirməyik. Əksinə, doğru olduğumuzu bildiyimizdən fəaliyyətimizi daha da gücləndirmişik». Bolgexeber.com-un rəhbəri onu da dedi ki, hazırkı məqamda əsas diqqəti Portalın imkanlarını genişləndirməyə yönəldiblər. «Bu illər ərzində video bölümünü formalaşdırdıq. Bu gün saytımızda demək olar ki, canlı reportajlar üstünlük təşkil edir. Amma məqsədimiz Bolgexeber.com-un onlayn telekanalını yaratmaqdır. Çünki müasir tələblərlə ayaqlaşmaq, yeniliklər etmək vacib şərtlərdən birildir». Vasif bəy yekunda saytın ayaq üstə qalmasında oxuculara təşəkkürünü bildirib. «Oxucularımıza dərindən təşəkkür edirik. Onların sayəsində bu gün saytımız populyarlaşıb. Onlara söz veririk ki, davamlı olaraq operativ, dəqiq və qərəzsiz məlumatları diqqətlərinə təqdim edəcəyik».

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib