Bolqarıstan 5 min nəfərə qədər çoxmillətli döyüş qrupunu yerləşdirmək üçün infrastruktur yaradacaq.
Bu barədə ölkənin müdafiə naziri Todor Taqarev məlumat verib.
"NATO-nun şərq cinahı ölkələrindəki bütün döyüş qruplarının təxminən 5 min hərbçiyə qədər artırılması planlaşdırılır. Doğrudur, hazırda bununla bağlı dəqiq qrafikimiz yoxdur. Lakin buna şərait yaratmağa hazır olmalıyıq”, - o qeyd edib.
Onun sözlərinə görə, ABŞ ilə infrastrukturun inşasının birgə maliyyələşdirilməsi məsələsi müzakirə olunub.
///Report