Çexiya, Slovakiya, Kipr, Xorvatiyanın ardından Bolqarıstan da "Eurovision"da iştirakdan imtina edib.
AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Bolqarıstanın BNT telekanalının rəhbərliyi buna səbəb kimi layihənin maliyyələşdirilməsi məsələsini göstərib.Müsabiqə bu il Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək."Layihənin qiyməti və büdcə kəsrləri ilə əlaqədar gələn il BNT telekanalı "Eurovision" mahnı müsabiqəsində iştirak etməmək qərarı verib", - "Sofiaglobe" informasiya portalı telekanalın bəyanatından sitat gətirir