Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri davam edir.
AZXEBER.COM xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
Daha sonra Prezident İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

