Bolqarıstan Prezidenti parlamentin buraxılmasına dair sənəd imzaladı

Bolqarıstan Prezidenti parlamentin buraxılmasına dair sənəd imzaladı
DÜNYA
17:00 01.08.2022
254
Bolqarıstan Prezidenti Rumen Radev bazar ertəsi parlamentin buraxılması haqqında fərman imzalayıb.

Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, R.Radev Bolqarıstanın 47-ci Parlamentinin avqustun 2-də buraxılması və bu il oktyabrın 2-nə yeni seçkinin təyin edilməsi barədə sənəd imzalayıb.

O, digər fərmanla Qılıb Donevin başçılıq etdiyi müvəqqəti hökumət qurub.
OXŞAR XƏBƏRLƏR