Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir
DÜNYA
11:39 02.04.2023
169
Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb.

Burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə biləcəklər.

Xaricdəki Bolqarıstan vətəndaşları üçün isə 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək.

49-cu çağırış Xalq Məclisində 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, birpalatalı parlamentin deputat mandatı uğrunda 4 566 nəfər mübarizə aparır. Seçkilərdə 207 beynəlxalq, 847 bolqar müşahidəçi çalışacaq.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR