"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO

"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
SOSİAL
14:53 27.07.2026
213
"Bolt” taksi xidmətinin sürücüsünün sərnişinə qarşı qeyri-etik münasibət göstərdiyi iddia olunur.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı görüntülər və sərnişinin paylaşımı sosial şəbəkələrdə yayılıb.

Sərnişinin sözlərinə görə, o, əvvəlcədən ailəli olduğunu bildirsə də, sürücü onunla münasibət qurmağa cəhd edib. İddia sahibinin sözlərinə görə, sürücü Azərbaycan və rus dillərində, eləcə də işarələrlə qarışıq şəkildə danışıb və bir neçə dəfə onun ön oturacaqda əyləşməsini istəyib.

Sərnişin bildirib ki, səfərin sonunda sürücü ondan əlavə pul istəyib. 14 manatlıq gediş haqqı ödədiyini qeyd edən sərnişin sürücünün ona "Biz uzağa gedirik, mənə də 5 manat saxla” dediyini iddia edib.

Sərnişin əlavə pulunun olmadığını bildirdikdə isə sürücünün "Axı sənin ərin var, qoy o versin” ifadəsini işlətdiyini qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR