“Boltondan xahiş etdim ki...” – Elmar Məmmədyarov

“Boltondan xahiş etdim ki...” – Elmar Məmmədyarov
SİYASƏT
14:41 25.10.2018
4569
"Şəxsən Con Boltondan xahiş etdim ki, Yerevanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri münaqişənin həllinə hazırdır, yoxsa yox”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, dünən Con Boltonla geniş müzakirələr aparıldığını vurğulayıb: "Həm prezident səviyyəsində, həm də mənimlə bir saatdan çox görüş keçirdi".

XİN rəhbəri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla, həmçinin Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini qeyd edib: "Mən şəxsən Boltondan xahiş etdim ki, Yerevanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin bunlar özləri münaqişəni həll etməyə hazırdır, yoxsa yox. Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yaratmaq istəyirmi? Çünki təbii məsələdir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla normal şəkildə əməkdaşlıq etməsə, müstəqilliyi sual altına düşər”.
OXŞAR XƏBƏRLƏR