Bolqarıstan çempionatında keçirilən "Levski” - ÇSKA oyununda bədbəxt hadisə baş verib.
Sofiya derbisində ev sahiblərinin tərəfdarlarının düzəltdiyi əl bombası partlayıb.
Nəticədə bir qadın polis ağır yaralanıb. Yerli mətbuat əməliyyat edilən polisin vəziyyətinin ağır olduğunu yazıb.