Rusiya prezidentinin sözcüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenə cavab verib.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Peskov Vladimir Putinə "müharibə cinayətkarı” deyən Baydenə sərt reaksiya verib:
"Bu bağışlanılmaz ritorikadır və qəbulediməzdir".
O, deyib ki, bu sözləri yüz minlərlə insanın ölümünə səbəb olan bir ölkənin prezidenti deyib:
"Belə ritorikanın bombaları yüz minlərlə insanın ölümünə səbəb olan bir ölkənin prezidentindən gəlməsi də diqqətçəkəndir".