“Bookmate” istifadəçiləri 15000 nəfəri keçdi

“Bookmate” istifadəçiləri 15000 nəfəri keçdi
İQTİSADİYYAT
16:53 10.07.2017
1493
Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi "Bookmate” layihəsinə maraq getdikcə artmaqdadır.  Şirkətin təqdim etdiyi bu unikal xidmətdən  yararlanan aktiv abunəçilərin sayı artıq 15000-i keçib. Eyni zamanda 3000-dən çox ödənişsiz sınaq müddətindən istifadə edən user-lər bazası formalaşıb. 
 
"Bookmate”-ə olan marağı nəzərə alan şirkət  xidməti daha da təkmilləşdirərək abunəçilərinə təqdim edib. Belə ki, indi kitabxanada kitabların axtarışı daha rahat və daha dəqiq şəkildə istifadəçilərin ixtiyarına verilib. Bundan əlavə, kitab müəllifləri haqqında qısa məlumatlar kitabxanada öz əksini tapıb. Edilən daha bir yenilik isə oxucunun özü ilə bağlıdır. İndi hər bir oxucu oxuduğu kitabların sayını və kitab səhifələrini dostlarının nəticələri ilə müqayisə edə bilər. Nəzərinizə çatdıraq ki, mobil kitabxanaya Anar Qasımov, Qurban Səid, Patrik Suskind, Qabriel Qarsia Markes, Kobo Abe, Oşo, Koko Moyes, Cim Ron, Ameli Notomb, Henri Böll kimi müəlliflərin yeni əsərləri daxil olub. 
 
Məlumat üçün bildirək ki, "Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub. "Bookmate” mobil kitabxanasına aylıq  cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Bir məqamı da nəzərinizə çatdıraq ki, abunəçinin Bookmate əlavəsini Apple Store və ya Google Play-dən endirdiyi halda 11.80 azn ödəyir, Azercell üzərindən yüklədikdə isə istifadə haqqı cəmi 3.50 azn təşkil edir, bu da Azercell abunəçiləri üçün 70%-ə qədər qənaət deməkdir. Yeri gəlmişkən, əlavəni yükləyən hər bir yeni abunəçi "Bookmate"dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Xidmətin ən mühüm üstünlüklərindən biri "Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – smartfon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.
Qeyd edək ki, "Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər
11:41 21.08.2025
Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər
Azərbaycanda kanal rəhbəri həbs edildi
11:31 21.08.2025
Azərbaycanda kanal rəhbəri həbs edildi