Boqotada partlayış olub, 11 nəfər yaralanıb

Boqotada partlayış olub, 11 nəfər yaralanıb
DÜNYA
18:22 27.03.2022
298
Kolumbiyanın paytaxtı Boqotanın cənubunda polis idarələrinin birində partlayış olub.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 11 nəfər yaralanıb.

Yaralananlar arasında 2 uşaq da var.

Partlayış zamanı 60-dan çox evin pəncərələrinin şüşələri də sınıb.

Kolumbiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib və hücumda iştirak edənlərin yerini bildirənlərə 80 min dollar mükafat vəd edib.
OXŞAR XƏBƏRLƏR