Boris Conson Putinlə danışıb Ukraynaya səfər edəcək

Boris Conson Putinlə danışıb Ukraynaya səfər edəcək
DÜNYA
20:14 31.01.2022
376
Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutacağı gözlənilir.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Boris Consonun ofisinin nümayəndəsi açıqlayıb.

Tərəflər söhbət zamanı Ukrayna məsələsini müzakirə edəcəklər.

Bununla yanaşı bildirilir ki, Conson fevralın 1-i Ukraynaya səfər edəcək və bu səfər çərçivəsində ölkə Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Consonla birlikdə Britaniyanın xarici işlər naziri Liz Trass da Ukraynaya yollanacaq.

OXŞAR XƏBƏRLƏR