Böyük Britaniyanın baş naziri Boris Consonun bu gün hakimiyyətdə son günü ola bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirusla bağlı karantin dövründə bir çox partiyalar təşkil etdiyi görünən Böyük Britaniyanın Baş naziri Boris Conson üçün bu gün axşam etimad səsverməsi keçiriləcək.
Məlumata görə, Conson səsvermədə məğlub olarsa, istefa verməlidir. Səsvermə gizli səsvermə və sadə səs çoxluğu əsasında aparılacaq. 359 mühafizəkar deputatın hamısı səs verərsə, Consonun vəzifədə qalması üçün ən azı 180 səs lazımdır.
BBC-nin yaydığı məlumata görə, Conson səsvermədə məğlub olarsa, Mühafizəkarlar Partiyası tərəfindən seçiləcək yeni lider həm də Böyük Britaniyanın yeni baş naziri olacaq və hökuməti formalaşdıracaq.
Ayşən